Bakıda fəaliyyət göstərən 185 saylı avtobusda insident yaşanıb.
Qaynarinfo xəbər verir ki, sərnişinlərdən biri əmisinin bel ağrıları üzündən sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı xahiş edib. Həmin vaxt avtobusda olan sürücünün Hüseyn adlı tanışı söhbətə müdaxilə edib. Bununla da tərəflər arasında mübahisə yaranıb.
Daha sonra dayanacaqda davam edən mübahisə əlbəyaxa davaya çevrilib. Sürücünün tanışı sərnişinə zərbə endirib və nəticədə sonuncu yüngül xəsarət alıb. Yaxınlıqdakı şəxslər tərəfləri ayırsalar da, zərərçəkmiş polisə müraciət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. Sürücünün tanışı işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər