Xəbər lenti

Avtobuslarda da qiymət QALXDI - ÖZƏL
Ölkə08:51 03.12.2013

Avtobuslarda da qiymət QALXDI - ÖZƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün bəzi marşrut xətlərində avtobuslarda da qiymət qalxıb.
Bu barədə Qaynar.info-ya vətəndaşlar məlumat verib. Şəhərdən Maştağaya işləyən 131 nömrəli avtobusların sürücüləri gedişhaqqını 30 qəpikdən 40 qəpiyə qaldırıblar.
Xatırladaq ki, dünən Azərbaycan Tarif Şurasının növbəti iclası keçirilib. İclasda qərara alınıb ki, Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. 
Nazirlər Kabineti rəsmi açıqlamasında o da bildirmişdi ki, qiymət artımının gediş haqlarına təsiri olmayacaq. Görünən isə odur ki, artıq Nazirlər Kabinetinin qərarı təsdiq olunduğu vaxtdan qüvvədən düşüb. Nəqliyyat işinə baxan sahibkarlar özləri üçün tarix təyin ediblər və buna uyğun olaraq işləyirlər. 
Elkin Xəlilov 
Qaynar.info