Xəbər lenti

Avtodayanacaqlarda xüsusi kartlarla ödəniş ediləcək - VİDEO
Ölkə18:08 19.09.2016

Avtodayanacaqlarda xüsusi kartlarla ödəniş ediləcək - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda kommersiya parklanma yerlərində, yəni ticarət-əyləncə mərkəzlərindəki avtodayanacaqlarda ödəniş xüsusi kartlar vasitəsilə həyata keçiriləcək.

Bu kartları isə vətəndaşlar "Azərpoçtun" bütün filialalrından əldə edə biləcəklər. Artıq bu cür parklanma yerlərindən kontaktsız kartlarla istifadə ilə bağlı razılığa gəlinib.

Ekspert Ərşad Hüseynov bildirir ki, bu cür kartların tətbiqi bir çox ölkələrdə var və Azərbaycanda da buna təlabat böyükdür.

Ancaq o əlavə edir ki, yeni kartların necə tətbiq ediləcəyi hələ tam dəqiqləşməyib.

Çünki nə parkomatlarda, nə də yeraltı dayanacaqlarda hansısa kartı qəbul edəcək sistemlər quraşdırılmayıb.

Sürücülər də xüsusi kartlarla ödənişin onların faydasına olduğunu düşünürlər.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yeni kart sisteminin oktyabr ayının sonuna qədər istifadəyə verilməsi  planlaşdırılır.

Qaynarinfo.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Qaynarinfo.Az