
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.
APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 53 yaşlı Rauf Mahmudov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, R. Mahmudov Nizami küçəsində yolu keçmək istəyərkən, 1979-cu il təvəllüdlü Yusif Qocayevin idarə etdiyi “VAZ 2121” markalı avtomobillə vurulub. Hazırda faktla bağlı araşdırma aparılır.
Qaynar.info