Xəbər lenti

Avtomobil yanacaqdoldurma məntəqəsinə girdi - QƏZA
Ölkə17:28 11.07.2013

Avtomobil yanacaqdoldurma məntəqəsinə girdi - QƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ağır yol qəzası baş verib.

Şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ-2104” markalı minik maşını yoldan çıxaraq “SOCAR” yanacaqdoldurma məntəqəsinə çırpılıb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü və maşında olan bir nəfər sərnişin xəsarət alıb.

 Faktla bağlı araşdırma aparılır.