Xəbər lenti

Avtoqəzaları qaçılmaz edən yol... - VİDEO
Ölkə12:44 13.06.2013

Avtoqəzaları qaçılmaz edən yol... - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son zamanlar Ağstafa rayonu ərazisində ölümlə nəticələnən qəzaların sayı artıb.

Qaynar.info "Türkel" TV-yə istinadən xəbər verir ki, bu xoşagəlməz hadisələr həm Bakı-Qazax avtomagistralının Aşağı Göycəli kəndindən keçən hissəsində, həm də kənd yollarında baş verir. Burada yaşayan sakinlər də mövcud statistikadan narahatdırlar. Onlar bildirir ki, artıq elə vəziyyət yaranıb ki, uşaqlarını qıfıllı yerdə saxlamağa məcbur qalırlar. Çünki gecə olanda bu ərazidən avtomobillər işıq sürəti ilə keçir.

Aşağı Göycəli kəndinin ərazisindən keçən yoldan yük maşınlarının hərəkəti sakinləri daha da narahat edir. Buna səbəb isə, küçədə oynayan uşaqların, yoldakı işarələrə məhəl qoymayan sürücülərin qurbanına çevrilə bilməsidir. Kənddə sürücülərin sürətini azaltmaları üçün sakinlər yola ya tramplin və ya radar quraşdırılmasını tələb edirlər.

Sürücülər isə, kənd yolunda avtomobillərini göstərilən sürətlə idarə etdiklərini bildirirlər. Problemin yaranmasını isə ərazidəki sərt döngələrin çoxluğu ilə əlaqələndirirlər.

Qeyd edək edək ki, iyun ayının ilk ongünlüyündə Ağstafa rayonu Göycəli kəndi ərazisində baş verən qəzalarda 1-i qadın olmaqla, 3 nəfər dünyasını dəyişib, elə eyni sayda insan da xəsarət alaraq sağlamlıqlarını itirib.

Qaynar.info