Ötən gün Bakının Binəqədi rayonu ərazisində Bakı Beynəlxalq Avtovağzalında qadınlar arasında dava düşüb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsindən Anspress-ə verilən məlumata görə, davada bir neçə qadın və kişi saxlanılıb. Onlar izahatları alınandan sonra buraxılıblar.
Davanın uşağın yerə zibil atması üstündə yarandığı bildirilir. Belə ki, azyaşlı uşaq əlindəki zibili yerə atıb. Kənarda dayanan qadın ona irad bildirib. Uşağın anası isə iradı qəbul etməyib. Nəticədə mübahisə yaranıb. Mübahisə böyüyüb və davaya keçib.
Dava zamanı 25 yaşlı Ruhəngiz Səlimova adlı qadın döyülüb. Onun sağ əli sınıb. Qadın xəstəxanaya yerləşdirilib.