Xəbər lenti

Çavuşoğlu Avropa Parlamentinin sədrini riyakarlıqda ittiham etdi
Dünya05:55 14.11.2016

Çavuşoğlu Avropa Parlamentinin sədrini riyakarlıqda ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin sədri Martin Şultsu riyakarlıqda ittiham edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə M.Çavuşoğlu Ankarada səfərdə olan Çin XİN rəhbəri Van İ ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizə qarşı təhdidlər siyasətimizə təsir etmir və etməyəcək. Yaxşı olardı ki, Şults Avroparlamentdə PKK-nın fəaliyyətini dayandırsın, terrorçulara qarşı çıxış etsin. Biz bu məsələdə hələ ki Avropa İttifaqı nümayəndələrinin , o cümlədən Martn Şultsun ikiüzlülüyü və ikili standartlarını müşahidə edirik. İnsan haqları mövzusunda dərs keçmək istəyənlərin riyakarlığı bizə də, Çinə də yaxşı məlumdur”, - deyə M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, Avropa parlamentinin sədri Martin Şults Türkiyəni iqtisadi sanksiyalarla hədələyib.

Qaynarinfo.Az