Xəbər lenti

AXCP-dən pul qalmaqalına - Cavab
Ölkə08:44 21.05.2013

AXCP-dən pul qalmaqalına - Cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər hansı rayon şöbəsinin iclasını keçirmək üçün əhalinin pul müqabilində ora dəvət edilməsi absurd məsələdir.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev Fuad Qəhrəmanlının adının pul qalmaqalında hallanması məsələsinə münasibət bildirərkən deyib.

Razi Nurullayev bildirib ki, AXCP olaraq bu məsələni tamamilə təkzib edir: “Hər hansı rayon şöbəsinin iclasını keçirmək üçün əhalinin pul müqabilində ora dəvət edilməsi absurd məsələdir. AXCP-nin buna ehtiyacı da yoxdur. Bizim Masallıda kifayət qədər tərəfdarlarımız üzvlərimiz var. Biz heç vaxt nəsə qarşılığında pul təklif etməmişik. Bu AXCP-yə qarşı aparılan piar kampaniyasıdır”.

Qaynar.info