Xəbər lenti

AXCP fəalına 15 sutka verilib
Ölkə12:38 30.05.2016

AXCP fəalına 15 sutka verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polis yaxınlarına Samir Həsənovun AXCP sədri Əli Kərimli və Gözəl Bayramlının statuslarını paylaşdığını irad tutub.

Mayın 28-də  Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin Şəki şöbəsinin sədri Samir Həsənov saxlanılıb. AXCP-nin Şəki şəhər şöbəsindən "Turan"a  verilən məlumata görə, Samir Həsənov mayın 29-da rayon məhkəməsinə aparılıb.  O,  qapalı prosesdə xırda  xuliqanlıqda ittiham ounaraq 15 sutka inzibati həbs cəzası alıb.

Mayın 28-də AXCP Şəki şöbəsinin fəalları Respublika Günü ilə əlaqədar şəhərdəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Lakin  aksiyaya polis müdaxiləsinin olduğu bildirilib. Baş verən insdentdə AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerası zorla əlindən alınıb, Samir Həsənov isə  aksiyadan sonra  saxlanılıb.

Bundan başqa, polis onun yaxınlarına gəncin facebookda fəal olmasını, AXCP sədri Əli Kərimli və Gözəl Bayramlının statuslarını paylaşdığını  irad tutub.

Qaynarinfo.az