
AXCP Gənclər Komitəsinin üzvü Tural Həsənzadə bu gün həbsdən azad edilib.
T.Həsənzadə bu ilin yanvarında həbs edilmişdi. Bundan əvvəl o, 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və xəstəliyi ilə əlaqədar şərti azadlıqda olub. Yanvarda həbs edilən vaxta onun üzərində cəzasının 6 aydan artıq çəkilməməiş hissəsi qalmışdı. Məhkəmə T.Həsənzadə barəsində cəzasının çəkilməmiş hissəsini həbsxanada keçirmək qərarı vermişdi. T.Həsənzadə məhkumluq müddətini başa vuraraq azadlığa çıxıb.
Qaynar.info