Xəbər lenti

Ölkə 20:53 30.12.2023

Şaxta baba və Qar qızın qiyməti açıqlandı (FOTO)

2023-cü ili başa vurub, 2024-cü ili qarşılamağımıza bir gün qaldı. Yeni il bayram bütün dünyada olduğu kimi Azərbaycanda da təmtəraqla qeyd edilir. Xüsusən ölkəmizdə həm də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur. Bu isə xalqımız üçün iki qat bayrama çevilir. 

Yeni ilin əsas atributları isə yolka, Şaxta baba və Qar qızdır. 

Qaynarinfo Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiymətini araşdırıb. 

Məlum olub ki, qiymət 60 manatdan 130 manata kimi dəyişir. Qiymət məsafəyə və sifarişə görə müəyənləşir. Əgər sifariş çoxdursa, Şaxta baba və Qar qız 100 manatdan yuxarı sifariş ediləcək. Əgər azdırsa, qiymət tək Şaxta babaya görə 30-45 manat, Qar qızla birlikdə 70-88 manat arası dəyişir. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->