Siyasət 17:10 07.02.2023

AY Partiya Başqanı Bəxtiyar Hacıyevdən aclığı dayandırmasını xahiş etdi

"İctimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı təcridxanada 30 gündür, aclıq aksiyası keçirir. 

Bəxtiyar Hacıyevin tələblərinə qatılıb, ən qısa zamanda barəsindəki həbs qərarının dəyişdirilməsini, işinə obyektiv şəkildə baxılmasını, hüquqlarının təmin olunmasını tələb edirik”. 
 
Bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib. 
 
O qeyd edib ki, amma bizim üçün əsas məsələ bu gün Bəxtiyar Hacıyevdən aclıq aksiyasını dayandırmasına xahiş edərək, buna nail olmaqdır. 
 
"Hüququ pozanlar əvvəl-axır cəzasını alacaq, haqq öz yerini tapacaq. Amma sağlamlığına həyati təhlükə törətmək qəti şəkildə yolverilməzdir. 
 
Bəxtiyar Hacıyev və onun kimi saxta ittihamlarla həbs olunan onlarla şəxsin həbsdə saxlanması, barələrində sifarişli qərarlar çıxarılması bu ölkənin imicinə, beynəlxalq nüfuzuna ciddi xələl gətirir”, - deyə Anar Əsədli əlavə edib.