Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bu gün 77 yaşını qeyd edir. A.Mütəllibov virtualaz.org saytının müxbiri ilə söhbətində deyib ki, o, ad günlərini ənənəyə uyğun olaraq məhdud ailə çevrəsində qeyd etməyə üstünlük verir.
“Ad günümü oğlumla, gəlinlərimlə, nəvələrimlə bir yerdə qeyd etdik. Spirtli içkiyə qətiyyən meylli deyiləm. Lakin bu gün bir qədəh qırmızı şərabı özümə rəva gördüm” - deyə sabiq prezident bildirib.
A.Mütəllibov onu da deyib ki, nə 1992-1993-cü illərdə prezident olarkən bir yerdə çalışdığı şəxslərdən, nə də hazırda siyasi fəaliyyətlə məşğul olanlardan heç kim onu doğum günü münasibətilə təbrik etməyib: “Lakin buna görə heç kəsdən inciyib küsmürəm. Bunun əvəzində ad günüm ərəfəsində daha böyük hədiyyə almışam. Qız nəvəmin övladı, mənimsə nəticəm doğulub. Mən indi ulu babayam. Oğlan uşağına hələ ad qoymamışıq. Amma o, mənim üçün ən böyük ad günü hədiyyəsidir”.
Qaynar.info