
Sosial şəbəkənin ən aktiv üzvlərindən hesab olunan xalq artisti Aygün Kazımova “İnstagram”da ən çox izləyicisi olan şəxslərdəndir.
Qaynarinfo.az xəbər verir ki, tez-tez video və fotolarını sevənləri ilə paylaşan Kazımovanın 345 min izləyicisi olsa da, o cəmi bir nəfəri izləyir. Həmin şəxs isə tanınmış sözyazarı Cəlal Qurbanovdur. Xalq artisti Cəlalı izləməklə yanaşı onunla bağlı xəbərləri də öz səhifəsində paylaşır.
Qaynarinfo.az


