Xəbər lenti

Aygün Kazımova: “Brilliant mənim uşağımı təhqir edib”
Ekonomiks06:57 30.05.2013

Aygün Kazımova: “Brilliant mənim uşağımı təhqir edib”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info-nun məlumatına görə, müğənni müraciətində bir sıra maraqlı məqamlara toxunub:

“Atalar yaxşı deyib: Meymun baxar güzgüyə, adını qoyar özgəyə. Ey yalançı dostlar! Efirə çıxıb məsum qız uşağı imicində yalandan xalqın qarşısında təmiz görünmək üçün yetmiş mənalı fikirlər söyləməyin. Zülfiyyə Xanbayeva, uşaqları öz söhbətlərinizə qatmayın, “Onları təhqir etməyin” kimi müraciətinizi yaxın rəfiqəniz olan Brillianta elə təklikdə də söyləyə bilərdiniz. Çünki o, mənim uşağımı sosial şəbəkələrdə təhqir edib. Daha efirə çıxıb xal qazanmaq naminə yox... 

Bir atalar sözü də var. Dəvəquşu başını salıb kolluğa, amma arxasından xəbəri yoxdur. Haqsızlığa baş əyməkdənsə, tək qalmaq daha şərəflidir. Mən həmişə tək olmuşam və siz həmişə məni altdan-altdan yıxmağa çalışmısıniz. 25 ildir ki, bu sizdə alınmayıb. Heç 25 il keçsə də, alınmayacaq. Çünki Allahın ucaltdığı bəndəni ancaq Allah yıxa bilər.

Bəndələr kimdir ki?..”

Qaynar.info