Xəbər lenti

Aygün Kazımova yenidən dünyaca məşhur mükafata namizəddir - FOTO
Maqazin09:29 25.03.2017

Aygün Kazımova yenidən dünyaca məşhur mükafata namizəddir - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın xalq artisti Aygün Kazımova yenidən prestijli mükafatlandırma mərasimində nominantlar sırasındadır.
"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, "Daf Bama Music Awards" bütün dünya üzrə nominantlarının adlarını açıqlayıb. Azərbaycandan isə Aygün Kazımova təqdim olunub.
Qeyd edək ki, ötən il Almaniyanın Hamburq şəhərində keçirilən mükafatlandırma mərasimində dünyanın əksər ölkələrinin sənətçiləri, o cümlədən, Türkiyə, Rusiya, Ermənistan, Albaniya, Polşa, Serbiya, Misir, Makedoniya, Mərakeş, İndoneziya, İtaliya, Pakistan və s. ölkələrin sənətçiləri çıxış edib.
2016-cı ildə mükafatlandırma mərasimində Azərbaycanı yarışmada yalnız yerli şou biznesin divası Aygün Kazımova təmsil edib. O, "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb.
Qaynar.Az