Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Aygün Səmədzadənin qızı Ülkərin toy mərasimindən yeni video görüntü yayılıb.
ANS PRESS-in məlumatına görə, paytaxtın məşhur şadlıq saraylarının birində baş tutan toy mərasimində tanınmış siyasətçilər, alimlər, ictimaiyyət nümayəndələri, eləcə də incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə qonaqlar və toy səbəbkarları bir-birindən maraqlı rəqs nömrələri göstəriblər. Xüsusilə onlardan ən yadda qalanı Aygün Səmədzadə ilə yanaşı, bəy və gəlinin də oynadığı “Dağlı” rəqsi olub.
Qeyd edək ki, Ülkər Mir Bağırlı millət vəkili, Milli Məclisin İqtisadi Siyasət komitəsini sədri, professor Ziyad Səmədzadənin nəvəsidir.
Ülkər Bağırlının xınayaxdı mərasimi 17 yanvarda olmuşdu. Cütlük ötən ilin aprel ayında nişanlanmışdı.