Xəbər lenti

Azadlıq meydanına giriş məhdudlaşacaq
Ölkə08:56 14.06.2013

Azadlıq meydanına giriş məhdudlaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bildirir ki, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq və təlim-məşq işləri ilə əlaqədar 15-16 iyun tarixlərində paytaxtın Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, paradla əlaqədar göstərilən tarixlərdə səhər saat 06:00-dan 10:00-dək paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək: "Avtomobil sürücülərinə bunu nəzərə alaraq qeyd edilən küçələrdə sıxlığın və tıxacların yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur".