
Dünyanın ən tanınmış rayderləri paytaxtımızda şou göstərdilər.
Qaynar.info-nun məlumatına görə dünən axşam Bakının Azadlıq meydanında “Red Bull X-Fiğhters Jams” təşkilatçılığı ilə “Freestyle motocross” şousu keçirildi.
Məhşur idmançıların, dünyanın ən yaxşı rayderlərin iştirakı ilə unikal tryuklar göstərildi. Qeyd edək ki, şou “Red Bull X-Fiğhters” motofristayl üzrə ən nüfuzlu dünya turnirinə dəstək məqsədilə keçirilib.
Rayderlər üç metrlik tramplində 10 metr hündürlüyə qalxaraq yüz kiloqramlıq motosikletlərini dəqiqliklə və məharətləri idarə edirdilər.
Fotolar Bayram İsgəndərova məxsusdur.
Qaynar.info


























