
Azərbaycanın tanınmış jurnalısti, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli Amerika Birləşmiş Ştatlarına köçüb.
Bu haqda məlumatı İctimai televiziyanın aparıcısı, telejurnalist Vəsilə Vahidqızı öz "facebook" səhifəsində yazıb.
“Jurnalistikadan da getdi, Azərbaycandan da. Uzaq Amerikaya getdi. Dostumuzun adına sevinsək də, bir yandan daim kədərlənirik. Kimlər getdi.....”-deyə Vəsilə xanım yazıb. O, internetdə Gündüz Tahirlinin əks olunduğu son fotoları da paylaşıb.
Mirzə Ələkbər Sabirin nəvəsi olan Gündüz Tahirlı 1994- 2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında “Yeni Yüzil” qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G.Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib.
Qaynar.info