Qətərdə keçirilən DÇ-2022-yə vəsiqə qazana bilməyən Nigeriya millisinin azarkeşləri meydançaya hücum edib.
Qaynarinfo xəbər verir ki, DÇ-2022-nin pley-off mərhələsində Qana ilə qarşılaşan Nigeriya mübarizəni dayandırıb. Azarkeşlər, baş hakimin final fitindən sonra meydançaya axışıb.
Hətta onlar komandanın təhlükəsizliyi təmin edilənə qədər stadionun girişini bağlayaraq nigeriyalıları içəridə "girov" saxlayıb. Tərəfdarları sakitləşdirmək üçün təhlükəsizlik işçiləri gözyaşardıcı qazdan istifadə olunub.
Qana - Nigeriya matçı 1:1 hesabı ilə nəticələnib. Səfər qolu prinsipi Afrikada ləğv olunmadığı üçün iki oyunun nəticəsinə görə "Super Qartallar" DÇ-2022-dən kənarda qalıb.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//
Səbuhi Həsənov