Xəbər lenti

Azərbaycada əsirlikdə olan Mamikon Xocayan Ermənistanda öldü
Dünya19:47 20.05.2014

Azərbaycada əsirlikdə olan Mamikon Xocayan Ermənistanda öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda bir aya yaxın əsirlikdə olan Mamikon Xocayan 77 yaşında Ermənistanda dünyasını dəyişib. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı News.am yayıb.

Onun ailəsi Xocayanın ölümündə Azərbaycan tərəfini günahlandırır. Ailə üzvlərinin sözlərinə görə, 77 yaşlı kişi qəfildən ölüb. Müstəntiqlər Mamikon Xocayanın cəsədini ekspertiza üçün İrəvana aparacaqlar. 

Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.

Qaynar.info