Xəbər lenti

Azərbaycan 90 milyon itirdi - Britaniyaya görə
Ekonomiks09:50 24.06.2016

Azərbaycan 90 milyon itirdi - Britaniyaya görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib. 

2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-nin portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-nin aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib.(Report.az)

Qaynarinfo.az