Xəbər lenti

Azərbaycan ABŞ və Böyük Britaniya ilə hərbi təlimlərə başlayır
Ölkə05:04 30.09.2013

Azərbaycan ABŞ və Böyük Britaniya ilə hərbi təlimlərə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bildirilib ki, Azərbaycan-ABŞ iş planına əsasən, oktyabrın 2-dən 2014-cü il iyulun 22-dək partlamamış maddələrin zərərsizləşdirilməsi üzrə beynəlxalq kurs keçiriləcək.

Kurs ABŞ-ın San-Antonio şəhərində baş tutacaq.

Həmçinin, gələn ay Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən, hərbi dəniz təliminə hazırlıq və zabitlər üçün təməl hərbi dəniz təlimi kursu başlayacaq. Böyük Britaniyanın Dartmus şəhərində oktyabrın 14-də başlayacaq kurs gələn ilin oktyabrın 10-dək davam edəcək.


Qaynar.info