Xəbər lenti

Azərbaycan ali məktəblərindən nə qədər tələbə imtina edib?
Ölkə09:20 02.11.2013

Azərbaycan ali məktəblərindən nə qədər tələbə imtina edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il ödənişli əsaslarla qəbul olduğu ali təhsil müəssisələrində oxumaqdan imtina edənlərlə birlikdə ali məktəblərdə ümumilikdə 2604 yer boş qalıb. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün TQDK tərəfindən aparılan qəbuldan sonra ödənişli əsaslarla 2604 yer boş qalıb.

TQDK-dan bildirilib ki, bu rəqəm həm ödənişli əsaslarla ali məktəblərə qəbul olub qeydiyyatdan keçməyənlər, həm də ümumiyyətlə ali təhsil ocaqlarında boş qalan yerlər əsasında əmələ gəlib.  "Qeydiyyatdan keçməyənlərin əmrləri qəbul olduqları ali təhsil müəssisələrinə göndərilməyib. Ümumiyyətlə bizdə qeydiyyatdan keçməyənlərin statistika aparılmır. 2604 yer ümumilikdə boş yerlər kimi qeyd olunur”.

Qaynar.info