
FİFA-2018 dünya Çempionatının seçmə mərhələsinin Azərbaycan - Almaniya matçının biletlərinin satışına bu gündən etibarən start verilib.
Qaynarinfo.Az xəbər verir ki, lakin satış ilk əvvəl onlayn şəkildə həyata keçiriləcək.
Bunun üçün biletləri tickets.affa.az ünvanından əldə etmək olar. Qiymətlər 2-50 manat arasında dəyişir. Biletlərin kassalarda satışı isə fevralın 1-dən etibarən həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qaynarinfo.Az

