Xəbər lenti

Azərbaycan AŞ-də sədr oldu
Siyasət04:46 14.05.2014

Azərbaycan AŞ-də sədr oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyə başlayır.

Məlumata görə, AŞ Nazirlər Komitəsində sədrlik Azərbaycana Avstriyadan keçib.

Ölkəmiz qurumda 6 ay müddətinə sədrlik edəcək.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında Azərbaycanın qurumdakı sədrliyinin prioritetlərini açıqlayıb.

Nazir bildirib ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. Ölkə Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə, mədəniyyətlərarası dialoq, idman yarışlarına, təhsilə, köçkünlərin insan haqlarının müdafiəsinə və s. güclü diqqət ayıracaq.

Qaynar.info