Xəbər lenti

Azərbaycan Avropa Hərəkatı Fransa Səfirliyində görüş keçirib
Ölkə12:18 23.06.2016

Azərbaycan Avropa Hərəkatı Fransa Səfirliyində görüş keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatı Fransanın Azərbaycandakı Səfirliyində görüş keçirib.

23 iyun 2016-cı il tarixində Fransanın Azərbaycandakı Səfirinin birinci müavini xanım Fabyen Dru-Lozinski  Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı və Hərəkatın Vitse- prezidenti Şəmşir Tərlanovu qəbul edib. Səfrilikdə baş tutan görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycanın Avropaya inteqrasiyası məsələləri müzakirə olunub. 

Görüş ərzində Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı rəhbərlik etdiyi təşkilat və onun fəaliyyəti haqqında məlumat verib və gələcək planlardan danışıb. 

O, həmçinin Hərəkatın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib. Bundan başqa tərəflər birgə əməkdaşlığa dair qarşılıqlı maraqlarını ifadə ediblər.

Qaynarinfo.az