Xəbər lenti

Azərbaycan avstriyalı iş adamını axtarışa verib - FOTO
Ölkə08:49 10.11.2014

Azərbaycan avstriyalı iş adamını axtarışa verib - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Reyter Maksimilyan Azərbaycanda bizneslə məşğul olub.

Azərbaycan avstriyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Avstriya vətəndaşı, 67 yaşlı Reyter Maksimilyan Pottenşteyn vergidən yayınmada təqsirləndirilir. Azərbaycanı tərk etdiyi üçün hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edib.

Reyter Maksimilyan Pottenşteyn Azərbaycanda bizneslə məşğul olub.

Qaynar.info