Xəbər lenti

Azərbaycan Avstriyaya uduzdu
İdman16:05 04.09.2015

Azərbaycan Avstriyaya uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Qaynar.info хəbər verir ki, 7-ci qrupda yer alan Azərbaycan yığması ikinci oyununa evdə çıxıb.
Komandamızın rəqibi Avstriya millisi olub. Oyun "Dalğa Arena"da baş tutan oyunda avstriyalılar 2:0 hesablı qələbə qazanıb. 
Qeyd edək ki, yığmamız qrupda ilk oyununu iyunda səfərdə Farer adalarına qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu sentyabrın 8-də "Dalğa Arena"da Almaniyaya qarşı keçirəcək.
AVRO-2017
Seçmə mərhələ
7-ci qrup
4 sentyabr
Azərbaycan - Avstriya 0:2
Qollar: Mixael Qreqoriç, 14; 45-pen.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Azad Kərimov (14. Tural Hümbətov, 82), 4. Adil Nağıyev, 6. Vüqar Mustafayev (9. Budaq Nəsirov, 55), 7. Taşkın İlter, 8. Elşən Abdullayev, 10. Orxan Əliyev, 11. Kərəm Benke (17. Tellur Mütəllimov, 64), 13. Bilal Sezer, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k). 
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 21. İlyas Səfərzadə, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Yaşar Vahabzadə.
Avstriya: 1. Daniel Baxmann, 2. Valentino Lazaro (18. Flroian Qrilliç, 67), 3. Lukas Quqqaniq, 5. Filip Linhart, 7. Dominik Vıdra (k), 8. Alessandro Şopf (17. İlli Sallahi, 88), 10. Luis Şaub (20. Kevin Frizenbixler, 57), 11. Mixael Qreqoriç, 19. Kristof Marçinko, 21. Kristian Qartner, 22. Filipp Mvene.
Ehtiyat oyunçular: 23. İvan Luçiç, 4. Lukas Yeger, 6. Kristian Şoyssengeyer, 13. Martin Rasner.
Baş məşqçi: Verner Qreqoriç.
Sarı vərəqələr: Azər Salahlı, 81. Adil Nağıyev, 90+4 - Filip Linhart, 33. Mixael Qreqoriç, 81.
Hakimlər: Denis Şerbakov, Andrey Getikov, Yevgeni Romanov, Vadim Pançanka (Belarus).
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan).
Hakim-inspektor: Viktor Mintoff (Malta).
Bakı. "Dalğa Arena".
Qaynar.info