Xəbər lenti

Azərbaycan Bakı-Supsa kəməri ilə neft ixracını bərpa etmək istəyir
Ekonomiks11:27 24.10.2022

Azərbaycan Bakı-Supsa kəməri ilə neft ixracını bərpa etmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən istifadə etmək istəyir.
Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuat üçün verdiyi birgə bəyanatda bildirib.
"Bu barədə danışmışıq. Mən bizim planlarımız haqqında Baş naziri məlumatlandırdım. Bunun üçün böyük ehtiyac var və böyük potensial var", - dövlət başçısı deyib.
O, həmçinin əlavə edib ki, gələn il Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xətti ilə neft ixracı artırılacaq.