Xəbər lenti

Azərbaycan bayraqları Helsinkidəki stadiona buraxılmadı
İdman15:44 12.08.2021

Azərbaycan bayraqları Helsinkidəki stadiona buraxılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – "Neftçi” oyunununa Azərbaycan bayrağı buraxılmayıb.
Oxu.Az-ın xəbərinə görə, oyunun keçiriləcəyi "Bolt Arena”nın əməkdaşları bunun UEFA-nın tələbi olduğunu bildirib.
Xatırladaq ki, görüşü 40-a yaxın Helsinki və yaxın ətrafdakı şəhərlərdən gəlmiş azərbaycanlı azarkeşlər də izləyəcək. 
Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.