
Azərbaycan Bolqarıstandan taktik təyinatlı bədən zirehi və dəbilqələr alıb.
APA-nın məlumtına görə NATO standartlarına cavab verən və yüksək qoruma səviyyəsinə malik bu zirehlərin hazırda Azərbaycan Silahlı Qüvvələrinə çatdırılması davam edir.
Modulyar arxitekturaya malik bu bədən zirehləri xüsusi köynək içində yerləşdirilmiş keramik lövhələrdən ibarətdir. Köynəyin bayır hissəsində isə avtomat daraqlarının, rabitə vasitələri və qumbaraların yerləşdirilməsi üçün xüsusi ciblər mövcuddur. Ehtiyac yarandıqda, döyüşçülərin rahat hərəkəti və manevrliliyi üçün keramik lövhələri çıxararaq köynəkdən adi təchizat vasitəsi kimi istifadə etmək mümkündür.
Qaynar.info