Xəbər lenti

Azərbaycan bu ölkəyə alüminium satacaq
Ekonomiks12:51 03.03.2019

Azərbaycan bu ölkəyə alüminium satacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Gəncə Alüminium Zavodunun məhsulları yeni istiqamət olan İtaliyaya ixrac ediləcək.
Trend-in məlumatına görə, hazırda zavodun məhsulları demək olar ki, tamamilə ixraca yönəlib.
"Şirkətin məhsulları bir sıra Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə ixrac edilir və yaxın aylarda İtaliya bazarına ixrac həyata keçiriləcək. Gəncə Alüminium Zavodu ixrac mallarının davamlılığını təmin etmək məqsədilə istehsal həcmlərini artırmağı planlaşdırır", - bildirilib.
Qeyd edək ki, bu il şirkət istehsal həcmini 52,447 min tona qədər artırmağı planlaşdırır. Ötən il eyni dövrdə bu göstərici 51,967 min ton olub.