Xəbər lenti

Azərbaycan bu məhsulların satışından 190 milyon qazanıb
Ekonomiks18:28 16.10.2020

Azərbaycan bu məhsulların satışından 190 milyon qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 142,7 milyon manat məbləğində kompüter, elektron, optik və elektrik avadanlıqları istehsal edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə kompüterlər, elektron və optik avadanlıqların istehsalı 36,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz artıb.
Hesabat dövründə ölkədə kompüter, telekommunikasiya avadanlığı və çap materiallarının pərakəndə satışının dövriyyəsi 190,2 milyon manat təşkil edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz az olub.