
Bu gün Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünə yekun vurulub. "Qaynar" xəbər verir ki, XXVIII turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Bütün mükafatçılar əvvəlcədən bəlli olduğu üçün sonuncu turda yalnız avrokuboklara vəsiqə verən 4-cü yer baxımından əhəmiyyət kəsb edirdi.
Bu yer uğrunda iki komanda mübarizə aparırdı. "Zirə"nin taleyi öz əlində idisə, "Kəpəz" sadəcə öz oyunu ilə buna nail ola bilməzdi. Belə ki, "Zirə" AZAL-a uduzmamaqla 4-cülüyü təmin edəcəkdi. "Kəpəz" isə "İnter"i böyük hesabla yenməli, həm də qəsəbə təmsilçisinin məğlubiyyətini arzulamalı idi.
"Zirə" sürprizə imkan verməyib və səfər oyununda AZAL-ı 3:0 hesabı ilə darmadağın edərək adını ölkəmizi avrokuboklarda təmsil edəcək komandalar sırasına yazdırıb. "Kəpəz"in "İnter" üzərindəki 1:0 hesablı qələbəsi isə gəncəlilərin 5-ci pilləni tutması üçün kifayət edib.
Digər oyunda "Sumqayıt" "Qəbələ"ni qəbul edib. "Kimyaçılar" gümüş medalları təmin edən və kubokun finalına hazırlaşan rəqibini 2:1 hesabı ilə yenərək 6-cı piləni tutub.
Mövsümə "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulub. Azərbaycan derbisində yeganə prinsipiallıq qarşılaşmanın tarixi kökləri idi. Ardıcıl 4 dəfə çempion olan Qurban Qurbanovun yetirmələri çempionatı səfər qələbəsi ilə başa vurmaq, "Neftçi" isə uğursuzluqlarını əzəli rəqibi üzərində qələbə ilə unutdurmağa çalışmaq istəyirdi. 90 dəqiqə ərzində qapılara 3 qol vurulub və "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
Beləliklə, 2017/18 mövsümündə ölkəmizi Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında "Qəbələ", "İnter" və "Zirə" təmsil edəcək.
Premyer Liqa
2016/17 mövsümü
IV dövrə, XXVIII tur
29 aprel
Kəpəz - İnter 1:0
Qol: Dario Federiko, 49.
Gəncə şəhər stadionu.
Sumqayıt - Qəbələ 2:1
Qollar: Amil Yunanov, 27. Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40.
Sumqayıt. Şəhər stadionu.
AZAL - Zirə 0:3
Qollar: Elvin Məmmədov, 34. Milan Duriç, 54. Təmkin Xəlilzadə, 83-pen.
“AZAL Arena”.
Neftçi - Qarabağ 1:2
Qollar: İqnasio Herrera Fernandes, 89 - Riçard Almeyda, 47. Ruslan Abışov, 61 (avtoqol).
8-ci km qəsəbə stadionu.
1. Qarabağ28195446-1462
2. Qəbələ281410448-2152
3. İnter281110739-3343
4. Zirə28109929-2639
5. Kəpəz28991024-2736
6. Sumqayıt28981128-3535
7. Neftçi28921724-4529
8. AZAL 28172013-5010
Bombardirlər: Rauf Əliyev (İnter), Filip Ozobiç (Qəbələ) - 11. Dino Ndlovu (Qarabağ) - 9.
Qaynar.Az