Xəbər lenti

Azərbaycan çempionu faciəvi şəkildə öldü – FOTO
Ölkə09:37 30.12.2013

Azərbaycan çempionu faciəvi şəkildə öldü – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda tanınmış idmançı dəm qazından boğularaq ölüb.

Qaynar.info
Lent.az-a istinadən xəbər verir ki, dekabrın 28 Nərimanov rayonu ərazisində, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu kiqboksinq üzrə Azərbaycan çempionu imiş.

Mərhumun dostu, əlbəyaxa döyüş üzrə 3 qat dünya çempionu Anar Süleymanov bildirib ki, Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi, dünya çempionatının bürünc mükafatçısı olan Roman Quliyev dekabrın 28-nə keçən gecə hamamda olarkən keçinib. Bu gün R.Quliyevin 3 mərasimidir.

Verilən məlumata görə, Roman Quliyev 57 kiloqram çəkidə çıxış edirmiş. Onun qardaşı Rolan Quliyev də peşəkar kiqboksçudur. Hər iki qardaş dünya çempionatı və digər mötəbər turnirlərin iştirakçısıdır.

Qaynar.info