Xəbər lenti

Azərbaycan cüdoçusu 2 illik diskvalifikasiya olundu
İdman 14:58 06.11.2024

Azərbaycan cüdoçusu 2 illik diskvalifikasiya olundu

​​Azərbaycan cüdoçusu Sadiq Hacıyev məkan məlumatı pozuntusuna görə, 2 illik diskvalifikasiya cəzası alıb.​​ ​​Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) məlumatına əsasən, cəza 31 iyul 2023-cü ildən qüvvəyə minib və 30 iyul 2025-ci ildə başa çatacaq.​​

Qaynarinfo xəbər verir ki, ​​məkan məlumatı pozuntusu idmançının təyin olunmuş yerdə və vaxtda mövcud olmaması və ya məlumatların düzgün təqdim edilməməsi hallarında tətbiq edilir.​​ ​​Bu cür pozuntular antidopinq qaydalarının ciddi şəkildə pozulması hesab olunur və idmançının yarışlardan kənarlaşdırılması ilə nəticələnir.​​

​​Qeyd edək ki, Sadiq Hacıyev 2021-ci ildə keçirilən Azərbaycan çempionatında 81 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.​​ ​​Diskvalifikasiya müddəti ərzində o, heç bir rəsmi yarışda iştirak edə bilməyəcək.​​​​

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->