Xəbər lenti

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazandı
İdman17:49 17.02.2022

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirinin birinci günü 3 idmançıyla yarışan cüdoçularımız mübarizələrinə yekun vurdular. 
Qaynarinfo xəbər verir ki, -66 kq çəkidə yarışan cüdoçumuz Yaşar Nəcəfov əzmlə mübarizə apararaq finala yüksəlib və nəticədə gümüş medal qazandı. 
-60 kq çəkidə yarışan Kəramət Hüseynov möhtəşəm performans göstərək bütün rəqiblərini geridə qoymasına baxmayaraq yarımfinal uğrunda görüşdə qazaxıstanlı rəqibindən xal hesabı fərqilə irəlidə olduğu halda qəfil zədələnərək həkimlərin məsləhətilə yarışdan kənarlaşmalı oldu. 
-60 kq çəkidə yarışan Balabəy Ağayev isə təsəlliverici görüşdə rəqibinə məğlub olaraq yarışı dayandırdı. 
Digər çəki dərəcəsində yarışan idmançılarımız isə növbəti iki gündə medallar uğrunda tatamiyə çıxacaqlar.