Xəbər lenti

"Azərbaycan Dəmir Yolları" daha 10 sərnişin qatarı sifariş edib
Ekonomiks17:04 05.05.2020

"Azərbaycan Dəmir Yolları" daha 10 sərnişin qatarı sifariş edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib.
"Report” xəbər verir ki, bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün qurumda onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib.
Sədrin sözlərinə görə, bu il daha 9 lokomotivin ölkəyə çatdırılması nəzərdə tutulur. 
"Eyni zamanda 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib”, - o qeyd edib.