Bu gün, iyunun 2-də Ermənistanın hüquq müdafiəçisi Kristina Qriqoryan parlamentdə jurnalistlərlə söhbətində Sevandakı 4 saylı orta məktəbdə Azərbaycanın coğrafi xüsusiyyətləri, mədəniyyəti, tarixi və adət-ənənələri ilə bağlı açıq dərslə bağlı yaranmış qalmaqala toxunub.
Qaynarinfo bu barədə erməni mediasına istinadla xəbər verir.
"Sevan şəhərinin 4 saylı əsas məktəbində baş verən hadisəni öyrəndik, adıçəkilən məktəbdə açıq dərs keçirilib, dərsin mövzusu qonşu ölkələr olub. Qonşu ölkələrlə bağlı biliklərimizdə, onların bayraqları, milli xüsusiyyətlərinin tarixi, mətbəxi ilə bağlı məlumatların daxil olduğu təhsil məzmununda heç bir nöqsan görmürəm, əksinə, uşağın təhsilindəki inkişafında müsbət addımlar yaradır”, - Qriqoryan deyib.
Məktəbin coğrafiya müəlliminin onun qohumu olub-olmamasıyla bağlı suala o, belə cavab verib:
"Bəli, qohumumdur, qohumlarımdan heç biri peşə fəaliyyətini həyata keçirərkən mənimlə məsləhətləşmir.
Mətbəxin tədris prosesinə cəlb edilib-edilməməsinə gəlincə isə, bildirim ki, sualın ünvançısı Təhsil Nazirliyidir. Bir ombudsman kimi qonşularımızın bayraqlarını, onlarla tariximizi, vətəndaş kimi formalaşmağımıza kömək edəcək bu cür faydalı məlumatları bilmək mənə tamamilə məntiqli görünür”.
Coğrafiya dərsi zamanı bütün qonşu dövlətlərin bayraqlarının təqdim olunması fikri ilə bağlı hüquq müdafiəçisi bildirib: "Mən bu cür halları hədəfə almağı, uşaq şəkilləri və bayraqlarla bu cür materialı manipulyasiya etməyi çox utancverici hesab edirəm, bu, ucuz manipulyasiyadır”, - deyə Kristina Qriqoryan vurğulayıb.
O, siyasi söhbətlərdə heç bir uşaq obrazından istifadə etməməyə çağırıb, çünki bu, uşağın mənafeyinə uyğun deyil, - o qeyd edib.