Xəbər lenti

Azərbaycan ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır
Texnologiya18:30 18.09.2018

Azərbaycan ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan korporativ istifadəçilərin veb üzərindən ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır. Cari ilin yanvar-iyul aylarında bu göstərici cəmi 16,1% təşkil edib.
Qaynarinfo Technote-yə istinadən xəbər verir ki, bu barədə "Kaspersky Lab”ın MDB ölkələrində kibertəhdidlər üzrə 2018-ci ilin ilk 7 ayının yekunlarına dair hazırladığı hesabatda bildirilir.
Hesabat dövründə Tacikistanda korporativ istifadəçilərin 24%-i kiberhücumlara məruz qalıb. Qırğızıstanda bu göstərici 23,4%, Belarusda - 23%, Ukraynada - 21,5%, Rusiyada - 19,4%, Ermənistanda - 19%, Qazaxıstanda - 18,9%, Moldovada - 16,7%, Türkmənistanda isə 12,6% təşkil edib. Göründüyü kimi, Azərbaycan korporativ istifadəçilərin veb üzərindən hücuma məruz qalan ölkələr sırasında 9-cu yeri tutur.
"Kaspersky Lab”ın Rusiya və MDB üzrə icraçı direktoru Sergey Zemkovun sözlərinə görə, Azərbaycan üzrə aşağı göstərici ölkədə korporativ istifadəçilərin daha yaxşı qorunduğundan xəbər verir. O hesab edir ki, Azərbaycanda şirkətlər öz təhlükəsizlik səviyyələrinin artırılması üzrə aktiv iş aparırlar. Lakin, təəssüflər olsun, fərdi seqmentdə və kiçik və orta sahibkarlıq sahəsində piratçılıq səviyyəsi hələ də yüksəkdir:
"Kiçik ölkələrdə qlobal internet trafikin giriş nöqtələrinin sayı az olması səbəbindən yüksək səviyyəli təhlükəsizliyi təşkil etmək elə də çətin deyil. Məsələn, Türkmənistanda veb-təhdidlər ümumiyyətlə yoxdur. Belə ki, bu ölkə qlobal şəbəkədən təcriddir və veb-təhdidlər informasiyanın köçürülməsi şəklində xarici daşıyıcılar vasitəsilə əmələ gəlir”.