Xəbər lenti

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır - Yeni qiymət
Ekonomiks07:59 20.09.2022

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır - Yeni qiymət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.
Bu qərar Azərbaycan gəmilərinə də aiddir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı "Report"a təsdiq edib: "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarl keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq".