Xəbər lenti

Azərbaycan gəncləri Qarabağda - FOTOLAR
Ölkə12:03 18.06.2013

Azərbaycan gəncləri Qarabağda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatı Qarabağa səfər edib

Azərbaycan Avropa Hərəkatı 15-16 iyun tarixlərində Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinə səfər təşkil edib.  Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, "Qarabaqda Qovuşaq" devizi ilə baş tutan səfərın əsas məqsədi Füzulinin işğaldan azad olunmuş kəndlərində yaşayan əhalinın sosial - iqtisadi durumu, cəbhə xəttindəki vəziyyət və Avropa Birliyi tərəfindən aparılmış yenidənqurma işləri ilə tanış olmaq olub. 

Füzilinin Horadız şəhərində Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləribndən məmnun qalan səfər iştrakçıları yerli sahibkarlar üçün təlimlərın təşkili üçün hazırlıq işləri görublər.

Azərbaycan Avropa Hərəkatı təmas xəttində yaşayan vətəndaşlara xüsusi diqqətin önəmini nəzərə alaraq müntəzəm səfərlər edəcək və  ölkə rəhbərliyinə təkliflər hazırlamağı planlaşdırır.

Qeyd edək ki, bu səfər Azərbaycanda ilk dəfə Qeyri Hökümət Təşkilatı tərəfindən Qarabağa təşkil olunan tur olub.

Qaynar.info