Xəbər lenti

Azərbaycan həkimlərinin fədakarlığından bəhs edən VİDEOÇARX
Ölkə07:51 18.04.2020

Azərbaycan həkimlərinin fədakarlığından bəhs edən VİDEOÇARX

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Media Mərkəzi koronavirusla mübarizə aparan həkimlərimizə dəstək məqsədi ilə yeni videoçarx hazırlayıb.
Qaynarinfo xəbər verir ki, məlumatda dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas gücün səhiyyə işçilərinin üzərinə düşdüyü qeyd olunub.
Bildirilib ki, onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında Azərbaycan həkimləri də var. 
Bakı Media Mərkəzinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx məhz ağ xalatlı qəhrəmanlara həsr olunub.