Xəbər lenti

Azərbaycan-İran sərhədi nə vaxt açılacaq?
Ölkə18:11 08.11.2013

Azərbaycan-İran sərhədi nə vaxt açılacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki ölkənin sərhədçiləri arasında Poldəşt sərhəd məntəqəsində görüş keçirilib

Bu gün İran və Azərbaycan sərhədçiləri arasında Poldəşt sərhəd məntəqəsində görüş keçirilib. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problemlər ətrafında müzakirələr aparılıb.

Görüşdə qərara alınıb ki, bu cür təmaslar davam etdirilsin. Bağlanmış sərhəd-keçid məntəqələrin yaxın vaxtlarda açılacağı gözlənilir.

Qeyd edək ki, bu gün İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlaması və sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlərin nəticəsiz qalmasıdır.

 Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikası naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açması səbəbindən sözügedən sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlayıb.

 Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Qaynar.info