Xəbər lenti

Azərbaycan Kann kinofestivalında iştirak edəcək
Ölkə13:00 20.04.2015

Azərbaycan Kann kinofestivalında iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 13-dən 24-dək keçiriləcək 68-ci Beynəlxalq Kann Kinofestivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmiz də təmsil olunacaq.

Qaynar.info Nazirliyə istinadən verdiyi məlumata görə, dünyanın ən mötəbər kino tədbirindən olan bu festivalda artıq beşinci dəfə Azərbaycan pavilyonu qurulacaq. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq. 

Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə təqdim olunacaq.

Qaynar.info