Xəbər lenti

Azərbaycan klubu Avroliqada mübarizəni dayandırdı
İdman19:04 20.07.2017

Azərbaycan klubu Avroliqada mübarizəni dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. "Qaynarinfo" xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində Azərbaycan təmsilçisis “Zirə” də cavab oyununa çıxıb.

Qəsəbə təmsilçisi öz meydanında “Astra”nı qəbul edib. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri uğurunu davam etdirə bilməyib. Səfərdə 1:3 hesabı ilə yenilən "Zirə" evdə "sülh"ə razılaşıb - 0:0. Bununla da komanda Avropada mübarizəni dayandıran ilk təmsilçimiz olub.

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

20 iyul

Zirə (Azərbaycan) - Astra (Rumıniya) 0:0

Zirə: 1. Anar Nəzirov, 3. Jozef Bum, 6. Rəşad Sadiqov, 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 11. Viktor İqbokoye, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Orxan Əliyev, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov.

Baş məşqçi: Ayxan Abbasov.

Astra: 23. Plemen İlyev, 4. Markus Vidal, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 17. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 25. Pyotr Polçşak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu.

Ehtiyat oyunçular: 1. David Lazar, 6. Florin Bejan, 9. Antoni Le Tallek, 20. Robert Valseanu, 71. Andrey Pitian, 95. Romario Moise, 96. Silvio Balauri.

Baş məşqçi: Eduard Yordanesku.

Hakimlər: Georgi Vadaçkoria, Zaza Menteşaşvili, Giorgi Elikaşvili, Qoqa Kikaçeyşvili (Gürcüstan).

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya).

Hakim-inspektor: Sergey Zuyev (Rusiya).

Bakı. “Dalğa Arena” stadionu.

Qaynarinfo.Az