
“İnter” Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.
Qaynarinfo.Az xəbər verir ki, klubun prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. “İnter” PİK-in rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.
Qeyd edək ki, hələ bir müddət əvvəl klubda əsas söz sahibinin Müşahidə Şurasının alman sədri Yohann Enqbrext olduğunu qeyd etmişdik. Görünür, Rəşad Qasımov artıq klubda sözünün keçmədiyini görərək özü istefa vermək qərarına gəlib.
Qaynarinfo.Az